Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MÜHÜM HADİSƏLƏR

08.06.2022 16:34
  • A-
  • A
  • A+

Professor Habil Qurbanov Serbiyada keçirilən beynəlxalq konfransda iştirak edib

Professor Habil Qurbanov Serbiyada keçirilən beynəlxalq konfransda iştirak edib

AMEA-nın Azad Həmkarlar İttifaqının sədri, h.e.d., professor Habil Qurbanov Serbiya Respublikasının Zlatibor şəhərində keçirilən beynəlxalq konfransda iştirak edib.

Beynəlxalq Cinayət Hüququ Assosiasiyası tərəfindən təşkil olunmuş tədbirə 20 ölkənin tanınmış alimləri qatılıblar.

Beynəlxalq cinayət qanunvericiliyinin problemlərinə həsr olunmuş konfransda professor H.Qurbanov “Beynəlxalq səviyyədə insan hüquqlarının bərabərliyinin təmin edilməsi problemləri cinayət mühakiməsinin orbitində” mövzusunda çıxış edib.

Konfransdan sonra professor H.Qurbanov Beynəlxalq Cinayət Hüququ Assosiasiyasının prezidenti, professor Sreto Noqo ilə Belqrad şəhərinin Mərkəzi Parkında yerləşən Ulu Öndər Heydər Əliyevin abidəsini ziyarət ediblər.

Qeyd edək ki, sözügedən tədbirin materialları toplu halında işıq üzü görüb.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: