Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MÜHÜM HADİSƏLƏR

MEK-ə üzv olan oxucuların sayı günbəgün artır
09.06.2022 12:29
  • A-
  • A
  • A+

MEK-ə üzv olan oxucuların sayı günbəgün artır

Ölkənin ən nüfuzlu kitabxanaları sırasında yer alan AMEA-nın Mərkəzi Elmi Kitabxanasına (MEK) üzv olan oxucuların sayı gündən-günə artır.

Son 5 ayda Mərkəzi Elmi Kitabxanaya üzv olan oxucuların sayı 700-ə çatıb. Onların sırasında doktorantlar, rezidentlər və tələbələrlə yanaşı, müstəqil araşdırmaçılar da var.

Ən müasir standartlara uyğun qurulan Mərkəzi Elmi Kitabxanadan yaşı 18-dən yuxarı bütün şəxslər qeydiyyatdan keçərək, üzvlük kartı əldə edə bilərlər.

Qeyd edək ki, MEK-də müxtəlif elm sahələrini əhatə edən nəşrlərin çoxluğu, xarici bazalardan istifadə imkanlarının yaradılması və genişləndirilməsi, fondların müasir üslubda təşkili, elektron resursların təkmilləşdirilməsi, oxucuların rahatlığı üçün hər cür şəraitin mövcudluğu cəmiyyətin, xüsusilə gənclərin kitabxanaya və kitaba olan marağını daha da artırır.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: