AMEA-nın İdarəetmə Sistemləri İnstitutunun Mürəkkəb dinamik sistemlərdə idarəetmə üsulları laboratoriyasının müdiri, professor Kamil Mənsimov və laboratoriyanın aparıçı elmi işçisi, dosent Rəşad Məstəliyev 12-13 iyun 2022-ci il tarixlərində Aşqabad şəhərində Türkmənistan Milli Elmlər Akademiyasının təşkilatçılığı ilə keçirilən Türkmənistanda “Elm günü”nə həsr olunmuş beynəlxalq “Güc və xoşbəxtlik dövründə elm, texnologiya və innovativ texnologiyalar” adlı elmi konfransda iştirak ediblər.
Hibrid formada keçirilən konfransın “İnformasiya və kommunikasiya sistemləri, kompüter texnologiyaları” adlı III seksiyasında R.Məstəliyev K.Mənsimovla həmmüəllif olduğu “Bərabərlik və bərabərsizlik tipli funksional məhdudiyyətli qeyri-xətti stoxastik Qursa-Darbu sistemlərində optimallaşdırma” mövzusunda onlayn şəkildə məruzə edib.
Mövzu konfrans iştirakçılarının marağına səbəb olub, müxtəlif suallar verilib və müzakirələr aparılıb.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.