AMEA-nın Kataliz və Qeyri-üzvi Kimya İnstitutunun bir qrup əməkdaşı (AMEA-nın müxbir üzvü M.Babanlı, kimya elmləri doktorları A.Əfəndi, İ.Bəxtiyarlı, İ.Əliyev, A.Əliyev, kimya üzrə fəlsəfə doktoru S.İmaməliyeva, elmi işçi V.Məmmədov və başqaları) Gəncə Dövlət Universitetində keçirilən Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 99-cu ildönümünə və Milli Qurtuluş Gününə həsr olunmuş “Müasir təbiət və iqtisad elmlərinin aktual problemləri” mövzusunda beynəlxalq elmi konfransda iştirak ediblər.
AMEA-nın müxbir üzvü Məhəmməd Babanlı konfransın plenar iclasında “Maqnetik topoloji izolyator materialları sahəsində yeni tədqiqatlar” mövzusunda məruzə ilə çıxış edib.
Həmçinin institutun əməkdaşları İ.Əliyev, V.Məcidzadə, E.Oruclu və S.Osmanovanın konfransın bölmə iclaslarında məruzələri dinlənilib.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.