Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MÜHÜM HADİSƏLƏR

14.06.2022 14:14
  • A-
  • A
  • A+

Ədəbiyyat İnstitutunun şöbə müdiri Polşada səfərdə olub

Ədəbiyyat İnstitutunun şöbə müdiri Polşada səfərdə olub

AMEA-nın Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun Təhsil şöbəsinin müdiri, sosiologiya üzrə fəlsəfə doktoru Samir Səttarov “Horizon 2020 - Erasmus + KA 107” proqramı çərçivəsində Polşa Respublikasının Byalistok Universitetində akademik səfərdə olub.

Səfər zamanı o, Byalıstok Universitetinin tələbələrinə Ədəbiyyat İnstitutu barədə məlumat verib, Azərbaycan ədəbiyyatının dövrləşmə konsepsiyası, Azərbaycan – Polşa ədəbi əlaqələri və Azərbaycan ədəbiyyatının qısa şərhi haqqında məruzələr oxuyub.

İlk məruzə zamanı Ədəbiyyat İnstitutunun baş direktoru, akademik İsa Həbibbəyli “Zoom” proqramı vasitəsilə universitetin tələbələrini salamlayıb, onlara Azərbaycan, ölkəmizin siyasəti və ədəbiyyatı haqqında məlumat verib. Nitqinin sonunda akademik İsa Həbibbəyli müəssisələr arasında əməkdaşlığın daha da genişləndirilməsinin zərurətini vurğulayıb.

S.Səttarov səfər zamanı, həmçinin Byalistok Universitetinin prorektoru, professor Yaroslav Matveyuk, universitetin Filologiya bölməsinin dekanı, professor Yaroslav Lavski və bir neçə məsul şəxslə də görüş keçirib. Məhsuldar görüşdə müəssisələr arasında gələcək əməkdaşlıq perespektivləri müzakirə edilib, birgə konfransların təşkili, məqalələrin çapı haqqında müzakirələr aparılıb.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: