Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MÜHÜM HADİSƏLƏR

Rəsədxananın əməkdaşları Beynəlxalq Astrofizika seminarında iştirak ediblər
17.06.2022 10:24
  • A-
  • A
  • A+

Rəsədxananın əməkdaşları Beynəlxalq Astrofizika seminarında iştirak ediblər

Rusiya Elmlər Akademiyasının həqiqi üzvü Roald Saqdeyevin rəhbərliyi ilə təşkil olunmuş Beynəlxalq Astrofizika seminarının növbəti iclası keçirilib.

“Zoom” platforması üzərindən onlayn təşkil olunan seminarda AMEA-nın N.Tusi adına Şamaxı Astrofizia Rəsədxanası, Çili Bernard Universiteti, ABŞ, Estoniya və Ukraynadan olan astronomlar iştirak edib.

Seminarda Ukrayna astronomu Yakiv Pavlenko “Beta Pic” ulduzunun peyk fotometrik müşahidələri əsasında ulduzun ətrafında kometəbənzər cismin aşkar edildiyi haqqında məruzə edib. O göstərib ki, ulduzun parlaqlıq əyrisində müşahidə olunan asimmetriya modelləşdirilərək həll edilib. Göstərilib ki, asimmetriyanı yaradan quyruqlu kometəbənzər cisim ola bilər.

Qeyd edək ki, tədqiqat işinin nəticələri “Astronomy and Astrophysics” jurnalında nəşr olunub.

Məruzədən sonra mövzu ətrafında suallar verilib və maraqlı müzakirələr aparılıb. Sonda bu cür seminarların hər ay bir dəfə olmaqla müntəzəm keçiriləcəyi elan edilib.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: