Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MÜHÜM HADİSƏLƏR

17.06.2022 10:36
  • A-
  • A
  • A+

Tarix İnstitutunun əməkdaşı Kazanda keçirilən beynəlxalq konfransda iştirak edib

Tarix İnstitutunun əməkdaşı Kazanda keçirilən beynəlxalq konfransda iştirak edib

AMEA-nın A.A.Bakıxanov adına Tarix İnstitutunun Azərbaycanın sovet dövrü tarixi şöbəsinin aparıcı elmi işçisi, tarix üzrə fəlsəfə doktoru, dosent Aypara Rüstəmova Rusiya Federasiyasının Tatarıstan Respublikasının paytaxtı Kazan şəhərində keçirilən beynəlxalq konfransda iştirak edib.

Tədbir Rusiya Dövlət Dumasının MDB üzrə Avrasiya İnteqrasiyası və Həmvətənlərlə Əlaqələr Komitəsi, Tatarıstan Respublikasının Dövlət Şurası, Tatarıstan Elmlər Akademiyası və “İqtisadi cəmiyyət və müasir iqtisadiyyatın problemləri” jurnalının birgə təşkilatçılığı ilə baş tutub.

Aypara Rüstəmova “Tuqan Tel” Tatar Mədəniyyəti Cəmiyyəti Azərbaycan Respublikası və Rusiya Federasiyası arasında münasibətlərin inkişaf faktoru kimi” mövzusunda məruzə ilə çıxış edib.

Məruzədə Azərbaycanın Rusiya Federasiyasının Tatarıstan Respublikası ilə əlaqələrindən, Azərbaycanın tatar icması və “Tuqan Tel” Tatar Mədəniyyəti Cəmiyyətinin fəaliyyətindən bəhs edilir.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: