Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MÜHÜM HADİSƏLƏR

Coğrafiyaçı alimlər beynəlxalq konfransda iştirak ediblər
24.06.2022 14:10
  • A-
  • A
  • A+

Coğrafiyaçı alimlər beynəlxalq konfransda iştirak ediblər

AMEA-nın akademik H.Ə.Əliyev adına Coğrafiya İnstitutunun Xəzər dənizinin hidrometeorologiyası şöbəsinin müdiri, coğrafiya elmləri doktoru Səid Səfərov iyunun 20-də Təbriz şəhərində keçirilən “4th Intercontinental Geoinformation Days” beynəlxalq konfransında onlayn formatda məruzə ilə çıxış edib. 

“2017-ci il iyunun 1-də Azərbaycan Respublikasının Şərq bölgəsində müşahidə olunan güclü tufan prosesinin təhlili” mövzusundakı məruzəsində alim həmin tarixdə Böyük Qafqazın cənub yamacında, o cümlədən Qobustan rayonu ərazisində baş vermiş güclü leysan, dolu və  daşqın hadisələrini, ildırım-dolu buludlarının inkişaf dinamikasını, eləcə də güclü selin əmələ gəlməsinə digər amillərin təsirini hərtərəfli təhlil edib. Radar və peyk müşahidələrinin məlumatlarını, o cümlədən aerosinoptik materialın təhlili əsasında baxılan regionun fiziki-coğrafi şəraitini nəzərə alaraq, belə proseslərin daha etibarlı proqnozlaşdırılması üçün müvafiq təkliflər verib.

Geomorfologiya şöbəsinin elmi işçisi Ceyhun Qasımov isə “Kür-Araz ovalığında və ona bitişik ərazilərdə yerüstü proseslərin məsafədən zondlama məlumatları əsasında ekoloji-geomorfoloji təhlili” adlı məqaləsi ilə konfransda iştirak edib.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: