Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MÜHÜM HADİSƏLƏR

Neft və Qaz İnstitutunun əməkdaşları Moskvada keçirilən konfransda iştirak ediblər
28.06.2022 11:43
  • A-
  • A
  • A+

Neft və Qaz İnstitutunun əməkdaşları Moskvada keçirilən konfransda iştirak ediblər

Rusiyanın paytaxtı Moskva şəhərində görkəmli azərbaycanlı neftçi alim və dövlət xadimləri olan Sabit Orucov və Eyyub Tağıyevin 110 illik yubileyinə həsr olunmuş konfrans keçirilib.

Tədbir Rusiyada fəaliyyət göstərən Strateji İnkişafın Modelləşməsi Mərkəzinin vitse-prezidenti Həşim Əliyev və Moskva şəhəri İctimaiyyətlə əlaqələr və gənclər siyasəti komitəsi resurs mərkəzinin təşkilatçılığı ilə baş tutub.

Konfransda AMEA-nın Neft və Qaz İnstitutunun baş direktorunun elmi məsləhətçisi, prof. Vaqif Kərimov və onlayn şəkildə isə AMEA-nın müxbir üzvü Qalib Əfəndiyev iştirak ediblər.

Q. Əfəndiyev konfransda çıxış edərək yubilyarlar haqqında öz fikirlərini bölüşüb.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: