Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MÜHÜM HADİSƏLƏR

Coğrafiya İnstitutunun əməkdaşı Beynəlxalq Elmlər Akademiyasının medalı ilə təltif edilib
28.06.2022 16:33
  • A-
  • A
  • A+

Coğrafiya İnstitutunun əməkdaşı Beynəlxalq Elmlər Akademiyasının medalı ilə təltif edilib

AMEA-nın akademik H.Əliyev adına Coğrafiya İnstitutunun Qurunun hidrologiyası və su ehtiyatları şöbəsinin müdiri, coğrafiya elmləri doktoru, professor Rza Mahmudov  səmərəli elmi və pedaqoji fəaliyyətinə görə, Beynəlxalq Elmlər Akademiyası Rəyasət Heyətinin qərarı ilə prezident, akademik Valter Kofler tərəfindən qızıl döş medalı ilə təltif edilib.

Qeyd edək ki, R.Mahmudovun 46-sı tanınmış beynəlxalq elmi jurnallarda və konfrans materiallarında dərc olunmaqla, 200-dən artıq elmi məqaləsi var. Alim su ehtiyatları və iqlim dəyişikliyinə dair 11 monoqrafiyanın, 2 dərslik, 11 dərs vəsaiti, 4 proqram, 7 elmi kitabça (onlardan biri Cenevrədə ingilis və rus dillərində nəşr olunub), 3 xəritə, bir sel kataloqu, 4 publisistik əsər və bir patentin müəllifidir.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: