Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  GÖRÜŞLƏR

01.07.2022 09:03
  • A-
  • A
  • A+

Riyaziyyat və Mexanika İnstitutunda xarici ölkələrdən dəvət olunmuş alimlərlə görüş keçirilib

Riyaziyyat və Mexanika İnstitutunda xarici ölkələrdən dəvət olunmuş alimlərlə görüş keçirilib

AMEA-nın Riyaziyyat və Mexanika İnstitutunda Türkiyənin Uşak Universitetinin rektoru, prof. dr. Ekrem Savaş, Koç Universitetinin professoru, doktor Varqa K. KələntarovMersin Universitetinin riyaziyyat departamentinin müdiri, professor Fəxrəddin Abdullayev, Ukrayna Milli Elmlər Akademiyasının Riyaziyyat İnstitutunun professoru Viktor V. Savçukla görüş keçirilib. 

Görüşdə Riyaziyyat və Mexanika İnstitutunun  baş direktoru, AMEA-nın müxbir üzvü Misir Mərdanov qonaqları salamlayaraq onları institutda görməkdən məmnun olduğunu bildirib. Alim rəhbərlik etdiyi elmi müəssisənin riyaziyyat və mexanika sahələrində optimal idarəetmə, cəbr və riyazi məntiq, fənlər həllinin hesablama-informasiya texnologiyaları və digər əsas elmi istiqamətlərindən söz açıb. Həmçinin o, institutda aparılan multidissiplinar tədqiqatlar, elmtutumlu layihələr, əldə olunan mühüm elmi nəticələr və kadr hazırlığı barədə qonaqlara ətraflı məlumat verib və müvafiq sahələrdə əməkdaşlıq əlaqələrinin yaradılması, elmi müəssisələr arasında təcrübə mübadiləsinin əhəmiyyətini vurğulayıb. 

Tədbir çərçivəsində sözügedən ölkələrin elmi institut və tədqiqat mərkəzlərinin faydalı əməkdaşlığı, birgə layihələrin həyata keçirilməsi, qarşıda duran prioritet elmi tədqiqat istiqamətləri müzakirə olunub. Sonra qonaqlar Azərbaycanla bağlı xoş təəssüratlarını bölüşərək yaradılacaq elmi əlaqələrin səmərəliyinə əminliklərini ifadə ediblər. 

Daha sonra Uşak Universitetinin rektoru, prof. dr. Ekrem Savaş Riyaziyyat və Mexanika İnstitutunun baş direktoru, AMEA-nın müxbir üzvü Misir Mərdanova xatirə hədiyyəsi təqdim edib. 

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: