Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  GÖRÜŞLƏR

22.07.2022 23:00
  • A-
  • A
  • A+

AMEA-nın Rəyasət Heyətində Pakistan Ədəbiyyat Akademiyasının prezidenti ilə görüş keçirilib

AMEA-nın Rəyasət Heyətində Pakistan Ədəbiyyat Akademiyasının prezidenti ilə görüş keçirilib

İyulun 22-də AMEA-nın prezidenti v.i.e., akademik Arif Həşimov ölkəmizdə səfərdə olan Pakistan Ədəbiyyat Akademiyasının prezidenti, professor Yusuf Kuşk ilə görüşüb.

AMEA-nın Rəyasət Heyətində baş tutan görüşdə Milli Elmlər Akademiyasının tarixindən, ölkəmizdə aparılan elmi tədqiqat istiqamətlərindən ətraflı danışan akademik Arif Həşimov iki dost ölkənin elmi qurumları arasında mövcud olan əməkdaşlıq əlaqələrinin əhəmiyyətini xüsusilə vurğulayıb. Azərbaycan və Pakistanın elmi əlaqələrinin böyük perspektivi olduğunu diqqətə çatdıran akademik Arif Həşimov bir sıra elmi istiqamətlər üzrə birgə tədqiqatların aparılmasının əhəmiyyətini bildirib, xüsusilə elmi-ədəbi əməkdaşlığın genişləndirilməsinin vacibliyini diqqətə çatdırıb.

Professor Yusuf Kuşk AMEA ilə tanışlıqdan məmnunluğunu bildirərək, əsasən elmi-ədəbi əlaqələrin inkişaf etdirilməsi, qarşılıqlı olaraq tərcümə əsərlərinin çap olunaraq geniş yayılmasının iki dost ölkə oxucularının bir-biri ilə daha yaxından tanış olmaları üçün böyük əhəmiyyət kəsb etdiyini deyib. AMEA ilə, xüsusən də Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutu ilə birgə elmi əməkdaşlığın perspektivlərindən danışan pakistanlı professor bu sahədə mühüm addımların atıldığını bildirib.

AMEA-nın vitse-prezidenti, akademik İsa Həbibbəyli Pakistan Ədəbiyyat Akademiyası ilə mövcud elmi əlaqələrdən danışaraq ədəbiyyatşünaslıq sahəsində birgə elmi-tədqiqat layihələrinin nəzərdə tutulduğunu diqqətə çatdırıb.

Tədbirdə Azərbaycan və Pakistanın akademiyaları arasında elmi mübadilə, elmi-ədəbi əsərlərin tərcümə olunuraq nəşr edilməsi, əməkdaşlıq proqramlarının hazırlanması barədə razılıq əldə olunub.

Sonda qarşılıqlı olaraq xatirə hədiyyələri təqdim edilib.

Görüşdə, həmçinin pakistanlı professor Sofiya Kuşk, AMEA-nın Rəyasət Heyəti aparatının şöbə müdirləri – biologiya üzrə fəlsəfə doktoru Esmira Əlirzayeva, filologiya üzrə fəlsəfə doktoru Ağahüseyn Şükürov və başqaları da iştirak ediblər.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: