Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  GÖRÜŞLƏR

04.08.2022 09:42
  • A-
  • A
  • A+

Amerikalı alimlər Arxeologiya, Etnoqrafiya və Antropologiya İnstitutunda olublar

Amerikalı alimlər Arxeologiya, Etnoqrafiya və Antropologiya İnstitutunda olublar

Lerik arxeoloji layihəsi çərçivəsində Amerika Birləşmiş Ştatlarının Pensilvaniya Universitetinin əməkdaşı, Dos. Dr. Lara Fabian və Colgate Universitetinin tədqiqatçısı Dos. Dr. Hanna Lau AMEA-nın Arxeologiya, Etnoqrafiya ve Antropologiya İnstitutunun qonağı olub.

İnstitutun baş direktoru, t.e.d., professor Abbas Seyidov, tarix üzrə fəlsəfə doktoru Ceyhun Eminli və şöbə müdiri, tarix üzrə fəlsəfə doktoru, dosent Səfər Aşurovun iştirak etdiyi görüşdə Azərbaycan-ABŞ birgə elmi əməkdaşlığı əsas müzakirə mövzusu olub.

Görüş zamanı Azərbaycan-ABŞ Lerik arxeoloji layihəsi çərçivəsində institutun “Cənub-Şərq dağlıq ərazilərindəki antik dövr abidələrinin tədqiqi” ekspedisiyasının rəhbəri Ceyhun Eminli ilə birlikdə Lerik rayonu ərazisində tədqiqatların davam etdirilməsi haqqında müzakirələr aparılıb.

Birgə tədqiqatların səmərəliliyini qeyd edən baş direktor qazıntılardan əldə edilən nümunələrin Amerika Birləşmiş Ştatlarının nüfuzlu elmi laboratoriyalarında analiz olunmasının önəmindən danışıb və müştərək ekspedisiyanın işinə uğurlar arzulayıb. Tədqiqatlar zamanı arxeoloji qazıntılarla yanaşı abidələrin xəritələşməsi işləri də nəzərdə tutulub.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: