Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MÜSAHİBƏLƏR

Professor Məryəm Seyidbəyli: “Elm qorunaraq, inkişaf etdiyi zaman onun tarixi də olacaqdır”
08.09.2022 16:35
  • A-
  • A
  • A+

Professor Məryəm Seyidbəyli: “Elm qorunaraq, inkişaf etdiyi zaman onun tarixi də olacaqdır”

AMEA-nın Elm Tarixi İnstitutunun (ETİ) baş direktoru, tarix elmləri doktoru, professor Məryəm Seyidbəyli “Bakinski raboçi” qəzetinə müsahibə verib.

Müsahibədə müasir sivilizasiyanın inkişafı fonunda Azərbaycan elmi qarşısında duran əsas vəzifələr, elm və təhsilin inteqrasiyası, yeni elmi ideya və kəşflərə təkan verən proseslərdən bəhs edilib.

Alim, Elm Tarixi İnstitutunun əsas elmi-tədqiqat istiqamətləri, elmi nailiyyətlərin kəmiyyət və keyfiyyət göstəriciləri, elmi innovativ mühit, institutun fəaliyyətində gənc alimlərin rolu və s. barədə sualları cavablandırıb.

Ölkə başçısı cənab İlham Əliyevin elm və təhsil sahəsindəki islahatlarına toxunan professor M.Seyidbəyli qeyd edib ki, AMEA-nın potensialından təhsil ocaqlarının elmi qüdrətinin artırılmasında istifadə edilməsi müsbət nəticələr verəcəkdir və İlham Əliyevin müvafiq sahədə apardığı islahatlar zamanın tələbindən irəli gələn mütərəqqi addımdır. Elm tarixi və elmşünaslıq sahəsində tədqiqatlar aparan elmi müəssisə kimi Elm Tarixi İnstitutu dövlətimizin başçısının islahatlarından irəli gələn innovativ çağırışlara hər zaman hazırdır.

Professor bildirib ki, institutda aparılan multidisiplinar tədqiqatlarla əlaqədar müxtəlif sahələr üzrə mütəxəssislərin cəlb edilməsi, kadrların artırılması çox vacibdir. İnstitutun fəaliyyətinin ən mühüm istiqaməti məhz elm tarixi və elmşünaslıq sahəsində nəzəri və empirik tədqiqatların aparılmasıdır. Azərbaycan ərazisində elmi məktəblərin təşəkkülü və süqutunun müxtəlif aspektləri, təbiət elmlərinin genezisi və mənşəyi, elmi-texniki biliklərin inkişafına cəmiyyətin təsirinin əsas amilləri, elmi müəssisələrin təşkili tarixinin öyrənilməsi məqsədilə müəssisə əməkdaşlarının təkcə ölkə daxilində deyil, müxtəlif xarici arxivlərdə də fəal işləmələri, müxtəlif dillərdə yazılmış əlyazmalar üzərində tədqiqat aparılması üçün hər cür şərait yaradılır.

Alim elm və onun perspektivlərinin mövcud inkişaf tendensiyalarının təhlili aparılmadan həyatımızın və elmi fəaliyyətimizin gələcək problemlərinin müzakirə oluna bilməyəcəyini qeyd edib və Azərbaycan elminin keçmişini bu gününü araşdıraraq, gələcək inkişafını proqnozlaşdıra biləcək alimlərin yetişəcəyinə inamını ifadə edib.

Müsahibənin tam mətni ilə buradan tanış ola bilərsiniz.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: