Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MÜHÜM HADİSƏLƏR

29.03.2023 14:38
  • A-
  • A
  • A+

Coğrafiyaçı alim Şirvan Milli Parkı ərazisində ezamiyyətdə olub

Coğrafiyaçı alim Şirvan Milli Parkı ərazisində ezamiyyətdə olub

AR Elm və Təhsil Nazirliyinin akademik H.Əliyev adına Coğrafiya İnstitutunun Xəzər dənizi sahillərinin və dibinin geomorfologiyası şöbəsinin müdiri, coğrafiya elmləri doktoru, professor Əmir Əliyev Qərbi Kaspi Universitetinin Xəzər Dənizi Problemləri Elmi-Tədqiqat  Mərkəzinin Şirvan Milli Parkı ərazisinin Xəzəryanı ərazisində yerləşən təcrübə bazasında ezamiyyətdə olub.

Səfərin əsas məqsədi gələcəkdə görüləcək işləri müzakirə etmək, iki müəssisə arasında birgə elmi əməkdaşlıq imkanlarını nəzərdən keçirmək olub. Səfər, həmçinin AR Elm və Təhsil Nazirliyinin Zoologiya İnstitutunun alimləri də iştirak ediblər.

Prof. Ə.Əliyev Xəzər dənizinin müasir dövrdə əsas problemləri haqqında məruzə edib. Milli Parkın dənizsahili ərazisində (Bəndovan burnu) dəniz səviyyəsinin son illərdə enməsi ilə əlaqədar sahil zonasında baş verən geomorfoloji proseslər müşahidə edilərək, çoxsaylı məlumatlar foto və video aparatının yaddaşına köçürülüb.

Coğrafiyaçı alim ezamiyyə müddətində, həmçinin Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Xəzər Dənizi Suyunun Duzsuzlaşdırılması Kompleksinin işi ilə də yaxından tanış olub. O bildirib ki, 2013-cü ildə Salyan rayonunun Xıllı qəsəbəsi ərazisində inşa edilmiş kompleksdə sutkada 5000 ton dəniz suyu emal edərək duzsuzlaşdırılır və bu sudan ərazinin suvarma işlərində geniş istifadə edilir.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: