Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  GÖRÜŞLƏR

12.06.2023 14:41
  • A-
  • A
  • A+

Qırğız alimləri Dilçilik İnstitutunda olublar

Qırğız alimləri Dilçilik İnstitutunda olublar

İyunun 12-də Qırğızıstan-Türkiyə Manas Universitetinin Ədəbiyyat fakültəsinin Filologiya kafedrasının müdiri, professor Burul Saqınbayeva və Qırğız Milli Yazarlar Birliyinin üzvü, şair, tərcüməçi Altınbəy İsmayılov AMEA-nın Nəsimi adına Dilçilik İnstitutunda olublar.

Dilçilik İnstitutunun baş direktoru, professor Nadir Məmmədli bildirib ki, hər iki xalq arasındakı münasibətlər minillik tarixi, etnomədəni əsaslara malikdir.

Görüşdə Qırğızıstan elm ocaqları, akademiyası, universitetləri ilə geniş əlaqələrdən, Azərbaycan–qırğız dilinə dair tədqiqatlardan, əlifba məsələsindən danışılıb. Azərbaycanla Qırğızıstan arasında elmi əlaqələrin genişləndirilməsi, Manas Universiteti ilə əməkdaşlığın perspektivləri ilə bağlı müzakirələr aparılıb.

Tədbirdə AMEA-nın Ədəbiyyat İnstitutunun professoru Almaz Ülvi Binnətova, Elm və Təhsil Nazirliyinin Təhsil İnstitutunun böyük elmi məsləhətçisi dosent Asif Hacıyev və Dilçilik İnstitutunun İctimaiyyətlə əlaqələr şöbəsinin aparıcı elmi işçisi, dosent Təranə Şükürlü görüşün elmi əlaqələrin genişlənməsinə böyük təkan verəcəyini vurğulayıblar.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: