AMEA-nın Fəlsəfə və Sosiologiya İnstitutunun Beynəlxalq əlaqələr şöbəsinin müdiri, fəlsəfə üzrə fəlsəfə doktoru, dosent Zöhrə Əliyeva UNESCO-nun Yunanıstan nümayəndəliyinin dəvəti ilə 3-8 oktyabr 2023-cü il tarixində Yunanıstanda - Mikonos və Afinada keçirilmiş “Mədəni mübadilələr çərçivəsində dialoq” mövzusunda keçirilmiş beynəlxalq forumda iştirak edib.
Forumun açılışını edən dosent Z.Əliyeva münaqişələr dövründə sivilizasiyaların və mədəniyyətlərin qarşılıqlı əlaqələrinin əhəmiyyətindən bəhs edib. O, qeyd edib ki, belə münaqişələr və müharibələr şəaritində milli identikliyini qorumaq şərtilə mədəniyyət xadimləri dünyada sülhün bərqərar olunmasında öz əvəzsiz töhfələrini verirlər.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.