Elm və Təhsil Nazirliyinin Akademik Y.H.Məmmədəliyev adına Neft-Kimya Prosesləri İnstitutunun elmi işçisi və doktorantı Fərqanə Əlizadə 10 iyun-26 iyul tarixləri müddətində Pakistanın Lahor şəhərində yerləşən Lahor İdarəetmə Elmləri Universitetində (LUMS) elmi ezamiyyətdə olub.
Tərəfdaşlıq LUMS və İslam Əməkdaşlıq Təşkilatının Elm və Texnoloji əməkdaşlıq üzrə Daimi Komitəsi - COMSTECH ilə birgə işidir. Fərqanə COMSTECH TECHNICIANS TRAINING proqramının qalibi olaraq Lahor İdarəetmə Elmləri Universitetində NMR, XRD, SEM, VSM, Optical PhotoLitography, Magnetron Sputtering cihazları üzrə 6 həftəlik təlim keçib. Təlimin sonunda beynəlxalq sertifikatla təmin olunub.
Bununla yanaşı, Fərqanə Əlizadə Azərbaycan Elm Fondunun cari ildə elan edilmiş 10-cu “Mobillik qrantı” müsabiqəsi üzrə (AEF-Mob-10-2023-5(46)) “Xromatoqrafiya, spektroskopiya ve spektrometriya tədqiqat üsulları üzrə təlim” mövzusunda qrant qalibi olaraq Sivas şəhərində yerləşən Sivas Qabaqcıl Texnologiya Araşdırma və Tətbiq Mərkəzində (CÜTAM) təlim keçmək üçün haqq qazanmış və 1-30 sentyabr tarixlərində keçirilən GC-MS, HPLC, LC-MS, FTIR və NMR təlimlərində iştirak edərək beynəlxalq sertifikatlar əldə edib.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.