Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MÜHÜM HADİSƏLƏR

13.10.2023 15:59
  • A-
  • A
  • A+

Kataliz və Qeyri-üzvi Kimya İnstitutunun əməkdaşları Ukraynada keçirilən beynəlxalq konfranslarda iştirak ediblər

Kataliz və Qeyri-üzvi Kimya İnstitutunun əməkdaşları Ukraynada keçirilən beynəlxalq konfranslarda iştirak ediblər

Kataliz və Qeyri-üzvi Kimya İnstitutunun əməkdaşları - k.e.d., prof. Etibar İsmailov, k.ü.f.d., dos. Aygün Rüstəmova, institutun doktorantı, k.ü.f.d. Sevinc Osmanova və Samirə Süleymanova Ukrayna Milli Elmlər Akademiyasının L.V.Pysarjevski adına Fiziki Kimya İnstitutunda keçirilən “Katalizin müasir problemləri” və Ukrayna MEA-nın Çuyko adına Səth Kimyası İnstitutunda “Səth kimyası, fizikası və texnologiyasıadlı beynəlxalq konfranslarda onlayn formatda iştirak ediblər.

Konfransın elmi komitəsinin üzvü professor Etibar İsmailov Kataliz və Qeyri-üzvi Kimya İnstitutunun “HORİZON - 2020” proqramı çərçivəsində Avropanın bir sıra aparıcı elmi mərkəzləri və universitetləri ilə birgə yerinə yetirilən layihə üzrə, eləcə də k.ü.f.d. Sevinc Osmanova məruzələrlə çıxış ediblər.

K.ü.f.d. Aygün Rüstəmova və Samirə Süleymanova isə onlayn stend müzakirələrində iştirak ediblər.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: