Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MÜHÜM HADİSƏLƏR

16.10.2023 12:03
  • A-
  • A
  • A+

Şərqşünas alim İstanbulda beynəlxalq forumda məruzə edib

Şərqşünas alim İstanbulda beynəlxalq forumda məruzə edib

AMEA-nın akademik Ziya Bünyadov adına Şərqşünaslıq İnstitutunun Din və ictimai fikir şöbəsinin aparıcı elmi işçisi, fəlsəfə üzrə fəlsəfə doktoru, dosent Leyla Məlikova oktyabrın 13-19-da Türkiyənin İstanbul şəhərində keçirilən “Mərkəzi Asiya müsəlmanları XXI əsrdə: çağırışlar, imkanlar, perspektivlər” mövzusunda beynəlxalq elmi forumda iştirak  edir.

L.Məlikova forumda “XXI əsrdə İslam ənənəsi problemi kontekstində Azərbaycan müsəlmanlarının kimliyinin formalaşma mərhələlərinin müqayisəli təhlili” adlı məruzə edib. Məruzədə XX-XXI əsrlərdə Azərbaycan müsəlmanlarının dini şüurunun təkamülü və xüsusiyyətləri, İslamın Azərbaycan müsəlmanlarının identikliyinin formalaşmasında oynadığı rol, yeni geosiyasi dəyişikliklərin və yeni çağırışların müasir Azərbaycanda dövlətçilik ənənələrinin formalaşmasına təsiri, o cümlədən Azərbaycanın İkinci Qarabağ müharibəsində şanlı qələbəsindən sonra bütün Cənubi Qafqazda oynadığı xüsusi rolu işıqlandırılıb.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: