Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MÜHÜM HADİSƏLƏR

17.10.2023 10:41
  • A-
  • A
  • A+

Neft-Kimya Prosesləri İnstitutunda “Xəbərdarlıq toplanış məşqi” keçirilib

Neft-Kimya Prosesləri İnstitutunda “Xəbərdarlıq toplanış məşqi” keçirilib

AR Elm və Təhsil Nazirliyinin akademik Y.H.Məmmədəliyev adına Neft-Kimya Prosesləri  İnstitutunda  Mülki   Müdafiə  Qüvvələri  ilə “Xəbərdarlıq  toplanış  məşqi” keçirilib.

Məşqdə institutun icraçı direktoru, t.e.d., dosent Nizami Mürsəlov, institutun Mülki Müdafiə Qərargah rəisi Murad Şahmuradov, manqa komandirləri və manqalara daxil olan Mülki Müdafiə qüvvələri iştirak ediblər.

Məşqin əsas prinsipləri Mülki Müdafiə, rabitə xəbərdarlıq sisteminin vəzifələri və təşkili prinsipləri, obyektdə yanğından mühafizənin təşkili olub.

Məşq iştirakçıları Mülki Müdafiə tədbirləri yerinə yetirməkdə fəallıq göstərərək müəyyən biliklərə və əməli vərdişlərə yiyələniblər.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: