Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MÜHÜM HADİSƏLƏR

18.10.2023 17:00
  • A-
  • A
  • A+

Şuşada seysmik stansiyanın açılması istiqamətində işlər davam edir

Şuşada seysmik stansiyanın açılması istiqamətində işlər davam edir

Qardaş Türkiyə Respublikasının Daxili İşlər Nazirliyinin Fövqəladə Hallar və Təbii Fəlakətlərin İdarə edilməsi Agentliyinin (AFAD) AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinə (RSXM) hədiyyə etdiyi quyudibi seysmik stansiyanın quraşdırılması istiqamətində texniki işlər davam etdirilir.

Bununla bağlı AMEA nəzdində RSXM-nin Beynəlxalq əlaqələr şöbəsinin müdiri Telman Cəfərov Şuşada səfərdə olub. Hazırda quyudibi stansiyanın yerləşdiriləcəyi quyunun qazılması prosesi davam edir. Şuşa seysmik stansiyasının bu ilin sonuna qədər istifadəyə verilməsi nəzərdə tutulur.

Qeyd edək ki, RSXM tərəfindən Qarabağda, eləcə də digər ətraf rayonlarda da seysmik və geofiziki stansiyaların quraşdırılması nəzərdə tutulur və hazırda bu istiqamətdə işlər davam etdirilir.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: