Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MÜHÜM HADİSƏLƏR

19.10.2023 10:32
  • A-
  • A
  • A+

Zoologiya İnstitutunun əməkdaşı Türkiyədə ezamiyyətdə olub

Zoologiya İnstitutunun əməkdaşı Türkiyədə ezamiyyətdə olub

Elm və Təhsil Nazirliyinin Zoologiya İnstitutunun Tətbiqi Zoologiya Mərkəzinin kiçik elmi işçisi Rəfiqə Qazi Türkiyənin Samsun şəhərində yerləşən Samsun Baytarlıq Nəzarət İnstitutuna elmi ezamiyyətdə olub.

Ezamiyyət müddətində Azərbaycanın Quba-Xaçmaz (Quba, Qusar, Xaçmaz, Şabran və Siyəzən) və Lənkəran-Astara iqtisadi rayonlarının bölgələrindən (Astara, Lənkəran, Lerik, Masallı, Yardımlı və Cəlilabad) yaz və payız fəsillərində toplanmış bal arısı nümunələrinin molekulyar analizi aparılıb. 9 növ virusa (AmFv, ABPV, CBPV, IAPV, SBV, BQCV, VDV-1, DWV və KBV) baxılıb və 5 növ virus (AmFv, ABPV, SBV, BQCV, VDV-1) aşkar edilib. Bu viruslardan AmFv, SBV, BQCV, VDV-1 virusları daha öncə Azərbaycanın Böyük Qafqaz ərazisinin Qəbələ rayonunda aşkar edilib. Lakin şimal-şərq və cənub-şərq bölgələrində bu viruslar ilk dəfə təyin edilib, eyni zamanda Azərbaycanda ilk dəfə olaraq ABPV molekulyar səviyyədə aşkar olunub.

Qeyd etmək lazımdır ki, son zamanlarda arıxanalarda kütləvi arı ölümləri müşahidə olunmaqdadır və bunun əsas başlıca səbəblərindən biri virus xəstəlikləri və xüsusilə növ olaraq ABPV göstərmək olar.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: