Azərbaycan Ordusunun 2020-ci il sentyabrın 27-də başladığı əks-hücum nəticəsində Zəngilan şəhəri 2020-ci il oktyabrın 20-də işğaldan azad edilib.
Prezident İlham Əliyevin bu il imzaladığı Sərəncamla 20 oktyabr - Zəngilan şəhəri günü kimi təsis edilib.
Dövlət başçısı 2020-ci ilin oktyabrın 20-də Zəngilan rayonunun Havalı, Zərnəli, Məmmədbəyli, Həkəri, Şərifan, Muğanlı kəndlərinin və Zəngilan şəhərinin işğaldan azad olunduğunu elan edib.
Zəngilan rayonunun işğaldan azad edilməsi ilə Azərbaycan Ordusu Ermənistanla sərhədə çıxıb.
Azərbaycan Respublikasında “Zəngilanın azad olunmasına görə” medalı təsis olunub.
Bu əlamətdar tarixlə bağlı Fizika İnstitutunda 44 günlük Vətən müharibəsinə həsr olunmuş guşə və Zəngilan şəhərinin görüntüsünü əks etdirən poster yaradılıb.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.