Elm və Təhsil Nazirliyinin Fizika İnstitutunda Özbəkistan Respublikasının Elmlər Akademiyasının əməkdaşı elmi ezamiyyətdə olub.
Bir aylıq ezamiyyət müddətində U.Arifov adına ion-plazma və lazer texnologiyaları institutunun laboratoriya rəhbəri Vahobjon Kuvondikov İnfraqırmızı fotoelektronika və plazma hadisələri laboratoriyasında təcrübə keçib. Təcrübə çərçivəsində fizika-riyaziyyat elmləri doktoru Şıxəmir Eminovun rəhbərliyi ilə günəş batareyalarında istifadə üçün ITO və TiO2-dən nazik nanostrukturlu təbəqələrin alınma texnologiyası tədqiq edilib, eksperimental qurğularla işləmə prinsipləri, həmçinin metal oksidlərinin nanostrukturlu nazik təbəqələrinin alınması üsulları öyrənilib.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.