Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MÜHÜM HADİSƏLƏR

26.10.2023 10:28
  • A-
  • A
  • A+

Müstəqil Azərbaycanın informasiya blokadasının aradan qaldırılmasında Türkiyə Respublikasının mühüm dəstəyi olub

Müstəqil Azərbaycanın informasiya blokadasının aradan qaldırılmasında Türkiyə Respublikasının mühüm dəstəyi olub

AMEA-nın Tarix İnstitutunda “Türkiyə Cümhuriyyətinin 100 illiyinə həsr edilmiş “Azərbaycan-Türkiyə münasibətlərinin tarixi” mövzusunda beynəlxalq elmi konfrans keçirilib.

Konfransda Elm və Təhsil Nazirliyinin İnformasiya Texnologiyaları İnstitutunun elmi işçisi, Tarix İnstitutunun dissertantı Gülnar Paşayeva “Azərbaycanda İnternetin formalaşması və inkişafında Türkiyənin rolu” mövzusunda məruzə ilə çıxış edib.

Məruzəçi çıxışında Türkiyə Cümhuriyyətinin Azərbaycanın müstəqillik qazandıqdan sonra, digər strateji sahələrlə yanaşı, informasiya-telekommunikasiya sahəsinə verdiyi dəstəkdən söhbət açıb. Xüsusən də ölkəmizdə İnternetin milli infrastrukturunun əsasının qoyulmasında, TÜRKSAT vasitəsilə Azərbaycanın informasiya blokadasının aradan qaldırılmasında mühüm rol oynadığını qeyd edib.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: