Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  NƏŞRLƏR

“İsmin qrammatik kateqoriyalarının tarixi” monoqrafiyası çap olunub
08.12.2023 12:32
  • A-
  • A
  • A+

“İsmin qrammatik kateqoriyalarının tarixi” monoqrafiyası çap olunub

AMEA-nın Nəsimi adına Dilçilik İnstitutunun Elmi şurasının qərarı ilə professor Qəzənfər Kazımovun “İsmin qrammatik kateqoriyalarının tarixi” monoqrafiyası çap olunub.

Kitabın redaktoru professor Sayalı Sadıova, rəyçiləri professorlar Sevil Mehdiyeva və İlham Tahirovdur. Monoqrafiyada ismin hal, mənsubiyyət, kəmiyyət kateqoriyası diaxronik istiqamətdə sistemli şəkildə araşdırılıb.

Azərbaycan dilində ismin hallarını əmələ gətirən, hal kateqoriyasını formalaşdıran morfoloji əlamətlərin tarixi çox qədimdir. Bu əlamətlər hələ şumer dövründə tam formalaşmış şəkildədir. Müəllifin gəldiyi qənaətə görə şumerdəki ismin halları həm məzmun, qrammatik, semantika, həm də formal əlamətləri Azərbaycan dilindəki hallarla demək olar ki, eynidir.

Monoqrafiya Azərbaycan dilinin tarixi haqqında bir sıra diqqətəlayiq nəticələr çıxarmağa imkan verir. Müəllif mövcud faktlar əsasında müəyyənləşdirir ki, çox qədim dövrlərdən Azərbaycan dilində ismin qrammatik kateqoriyaları inkişaf etmişdir.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: