Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  YUBİLEYLƏR

16.11.2015 12:00
  • A-
  • A
  • A+

Kürdəmirdə Seyid Əzim Şirvaninin 180 illik yubileyi qeyd edilib

Kürdəmirdə Seyid Əzim Şirvaninin 180 illik yubileyi qeyd edilib

AMEA Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin Aran Regional şöbəsi və Kürdəmir rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə rayonun Atakişili kənd orta məktəbində klassik Şərq poeziyasının böyük nümayəndəsi, XIX əsr maarifçilik ideyalarının ən böyük təbliğatçısı Seyid Əzim Şirvaninin 180 illik yubileyi münasibətilə ədəbi-bədii məclis keçirilib.

Tədbir XIX əsrin böyük missenatı Şirvanlı Mahmud ağanın təşkil etdiyi, dünyanın bir çox məşhur şəxslərinin qonaq olduğu və Seyid Əzim Şirvaninin rəhbərlik etdiyi “Beytüş-Şəfa” ədəbi məclisi quruluşunda təşkil olunub.

Məclisi muzeyin Aran Şöbəsinin müdiri, filologiya üzrə fəlsəfə doktoru Yaqut Bahadurqızı açaraq Seyid Əzim Şirvaninin həyat və yaradıcılığı haqqında məlumat verib.

Tədbirdə respublikanın tanınmış alim və ziyalıları, elm və incəsənət xadimləri, həmçinin AMEA Folklor İnstitunun şöbə müdiri, professor  Hacı Seyfəddin Qəniyev, Əməkdar İncəsənət xadimi, xanəndə Hacı Aqil Məlikov, Xalq artisti Gülyaz Məmmədova, Əməkdar Mədəniyyət işçisi Şirvan Aşıqlar Birliyinin sədri aşıq Ağamurad İsrafilov, Əməkdar artisti, qocaman diktor-qiraətçi Eldost Bayram, Milli Konservatoriyanın müəllimi, tarizən Mehman Mikayılov, kaman ifaçısı Cahandar Mikayılov iştirak ediblər.

Tədbir çərçivəsində professor Seyfəddin Qəniyevin yeni çapdan çıxmış “Seyid Əzim Şirvani ocağı” və “Şirvanın 565 şairi” kitabları məclis iştirakçılarına təqdim olunub.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir

  • Paylaş: