Hüseyn Cavidin Ev Muzeyi tərəfindən hər il ənənəvi olaraq hazırlanan və nəşr edilən təqvim bu il də yenidən işıq üzü görüb.
Təqvimdə 2024-cü il üçün əlamətdar günlər, Cavidlər ailəsinin həyatında mühüm rol oynamış tarixi məqamlar, həmçinin böyük şair və dramaturq Hüseyn Cavidin həyat və yaradıcılığı haqqında məlumat, Cavidlər ailəsinin hər bir üzvünün müxtəlif fotoları və dahi şairin əsərlərindən misralar yer alıb.
Qeyd edək ki, cavidsevərlərin istifadəsi üçün nəzərdə tutulan təqvim şairin həyat və yaradıcılığının təbliği məqsədi daşıyır.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.