Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  ANONSLAR

15.01.2024 13:24
  • A-
  • A
  • A+

“Həmid Araslı və Azərbaycan ədəbiyyatşünaslığı” mövzusunda respublika elmi-praktik konfransı keçiriləcək

“Həmid Araslı və Azərbaycan ədəbiyyatşünaslığı” mövzusunda respublika elmi-praktik konfransı keçiriləcək

AMEA-nın  Gəncə Bölməsi Nizami Gəncəvi Mərkəzinin təşkilatçılığı ilə 23 fevral 2024-cü ildə akademik Həmid Araslının 115 illik yubileyinə həsr olunmuş “Həmid Araslı və Azərbaycan ədəbiyyatşünaslığı” mövzusunda respublika elmi-praktik konfransı keçiriləcək.

Konfransın proqramında aşağıdakı bölmələr üzrə məruzələrin dinlənilməsi nəzərdə tutulur.

- Həmid Araslı və Azərbaycan ədəbiyyatı tarixi

- Həmid Araslı və klassik ədəbi irs

- Həmid Araslı və “Kitabi - Dədə Qorqud” dastanı

- Həmid Araslının nizamişünaslıq fəaliyyəti

- Həmid Araslının folklorşünaslıq fəaliyyəti

- Həmid Araslının mətnşünaslıq fəaliyyəti

- Həmid Araslı: Yaxın və Orta Şərq

Təqdim olunan materiallar üçün tərtibat qaydaları:

- Materiallar konfransın elmi istiqamətlərinə uyğun olaraq tərtib edilməlidir.

- Mətn Microsoft Word redaktorunda (Times New Roman) şriftilə - 12 ppt, sətirlərarası 1,15 intervalda, soldan-30 mm, sağdan-20 mm, yuxarıdan-20 mm, aşağıdan-20 mm olmaqla A4 formatda (210x297 mm) yığılmalıdır;

- Mətn sətirdən sətrə keçirilmədən yığılmalı, mətn daxilində olan şəkil, qrafik, cədvəllərin parametri sol və sağ kənardan 30 mm olmalıdır.

- Məqalənin mətni açar sözlər, xülasə və ədəbiyyat siyahısı daxil olmaqla 5-7 səhifə olmalıdır;

- Məruzənin adı böyük hərflərlə, qalın, şrift-12

- Müəlliflərin adları - adi hərflərlə, qalın, şrift-12 (məruzəçinin adının altından xətt çəkilməlidir).

- Elm (təhsil) müəssisənin adı – adi hərflərlə, kursiv, şrift-12

- Məruzəçinin e-mail ünvanı-şrift -12

- Məqalə Azərbaycan dilində yazılarsa xülasə ingilis dilində;

- Məqalə ingilis dilində yazılarsa, xülasə Azərbaycan dilində;  rus, fars, ərəb dillərində yazılarsa, xülasə Azərbaycan və ingilis dillərində tələb olunur

- Ədəbiyyat siyahısı əlifba ardıcıllığı ilə olmalı, AAK-nın tələblərinə uyğun tərtib edilməli, məqalədə istinadlar düz mötərizə daxilində verilməlidir (məs: [5, s.12]).

- Qeydiyyat forması və məruzələrin tezisləri müəssisə və ya təşkilat rəhbərinin imzaladığı məktubla birlikdə təqdim olunmalıdır

- Məruzələr elektron variantda email:aynurenagiyeva24@gmail.com ünvanına təqdim olunmalıdır.

- Materialların qəbul olunması üçün son tarix: 15 fevral 2024-cü il.

- Təqdim olunan məruzələr tələblərə cavab vermədiyi halda, konfransın proqramına daxil edilməyəcək Məruzələrin məzmununa və təqdim edilən nəticələrə görə məsuliyyəti müəlliflərin özü daşıyır.

Konfransın materialları PDF şəklində AMEA Gəncə Bölməsinin saytında yerləşdiriləcək.

Konfransın keçirilmə yeri: AZ 2000, Heydər Əliyev prospekti 419. AMEA Gəncə Bölməsi

Əlaqə telefonu: (+994 55) 795-44-85 

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: