AMEA-nın Fəlsəfə və Sosiologiya İnstitutunun Multikulturalizm və tolerantlıq fəlsəfəsi şöbəsinin müdiri fəlsəfə elmləri doktoru Xatirə Quliyevanın “Worldview Concept: History and Modernity (in the Context of Lotfi A. Zadeh’s Worldview)” – “Dünyagörüşü konsepsiyası: Tarix və müasirlik (Lütfi A. Zadənin dünyagörüşü kontekstində)” məqaləsi ABŞ-da nüfuzlu elmi nəşrlərdən biri olan və dünyanın bir sıra nüfuzlu elmi indekslərinə daxil edilmiş “China-USA Buisness Review” jurnalında nəşr olunub.
Məqalə filosof alimin Lütfi Zadə haqqında yazdığı və ötən il Lampert Akademik nəşriyyatı tərəfindən 7 dildə dərc olunmuş
“Dünyagörüşü konsepsiyası: Tarix və müasirlik (Lütfi A. Zadənin dünyagörüşü kontekstində)” məqaləsi Azərbaycanlı alimin ABŞ-ın “China-USA Buisness Review” jurnalında yayımlanan üçüncü məqaləsidir. Belə ki, sözügedən jurnal bundan əvvəl fəlsəfə elmləri doktoru Xatirə Quliyevanın “Our Philosophy of National Intercultural Dialogue From the Ideology of Azerbaijanism to Multiculturalism” (“Azərbaycançılıq ideologiyasından Multikulturalizmə kimi milli mədəniyyətlərarası dialoq fəlsəfəmiz”), “History, Methodology and Hypothesis of Artificial Intelligence” (“Süni Zəkanın Tarixi, Metodologiyası və Hipotezi”) məqalələrini dərc edib.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.