Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  GÖRÜŞLƏR

19.02.2024 10:56
  • A-
  • A
  • A+

Türk Dünyası Milli Elmlər Akademiyaları Birliyinin toplantısına hazırlıq məsələləri müzakirə olunub

Türk Dünyası Milli Elmlər Akademiyaları Birliyinin toplantısına hazırlıq məsələləri müzakirə olunub

Beynəlxalq Türk Akademiyasının prezidenti akademik Şahin Mustafayev Daşkəndə işgüzar səfəri çərçivəsində Özbəkistan Elmlər Akademiyasının prezidenti akademik Behzod Yuldaşev ilə görüşüb.

Görüş zamanı tərəflər qardaş Türk dövlətləri arasında elmi əməkdaşlıq məsələlərini müzakirə ediblər.

Akademik  Behzod Yuldaşev Özbəkistan Elmlər Akademiyasında prioritet istiqamətlər üzrə görülən işləri təqdim edib, birgə layihələrlə bağlı fikirlərini bölüşüb.

Türk Dünyası Milli Elmlər Akademiyaları Birliyinin qarşıdan gələn toplantısına hazırlıq məsələlərinin müzakirə olunduğu görüşün sonunda tərəflər elmi əməkdaşlıq potensialının tam şəkildə reallaşdırılması və qarşılıqlı əməkdaşlığı gücləndirmək barədə razılığa gəliblər.

İclasda Özbəkistan Elmlər Akademiyasının vitse-prezidentləri Sirociddin Mirzəyev və Bəhrom Abduhalimov və Milli Arxeologiya İnstitutunun direktoru Farhod Maksudov da iştirak ediblər.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: