Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  NƏŞRLƏR

05.03.2024 12:34
  • A-
  • A
  • A+

Coğrafiyaçı alimlərin məqaləsi yüksək indeksli jurnalda dərc edilib

Coğrafiyaçı alimlərin məqaləsi yüksək indeksli jurnalda dərc edilib

Elm və Təhsil Nazirliyinin akademik H.Əliyev adına Coğrafiya İnstitutunun icraçı direktoru dosent Zaur İmraninin ADPU-nun Quba filialının baş müəllimi Sərxan Cəfərovla həmmüəllif olduğu elmi məqaləsi Xorvatiyanın yüksək impakt faktorlu “International Journal of Innovation and Economic Development” jurnalında işıq üzü görüb.

“Еconomic-Geographical Model of Sustainable Development in Manufacturing and Education” adlı məqalədə XX əsrin sonlarından başlayaraq insanlar arasında sosial bərabərsizliyin daha da dərinləşməsi, iqtisadi və sosial amillərin bir-biri ilə uyğunlaşmaması, təbiətin bizə verdiyi resurslardan səmərəsiz istifadə nəticəsində yaranan problemlərdən və onların həlli yollarından bəhs edilir. Bunlarla yanaşı, məqalədə keçid iqtisadiyyatlı ölkələrində olduğu kimi müstəqil Azərbaycanda da dayanıqlı inkişafın təmin edilməsinin əsas prinsipləri açıqlanır, onların istehsal və təhsil modelləri verilir.

Təhsil və iqtisadiyyatımızın müasir tədqiqatlara adekvatlığını təmin etmək üçün istehsalda və təhsildə dayanıqlı inkişaf modelinin strateji məqsədlərinin daha da dərindən araşdırılmasına ehtiyac duyulur. Məhz bu baxımdan, coğrafiyaçı alimlərin məqaləsi Avropa Birliyi ölkələrində ilin ən çox oxunan 25 elmi-tədqiqat məqalələsi siyahısına düşüb.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: