Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  KONFRANSLAR, İCLASLAR

05.04.2024 10:06
  • A-
  • A
  • A+

Əlyazmalar İnstitutunda elmin təhsilə inteqrasiyasi istiqamətində növbəti məruzə dinlənilib

Əlyazmalar İnstitutunda elmin təhsilə inteqrasiyasi istiqamətində növbəti məruzə dinlənilib

AMEA-nın Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunda Akademiyanın müəssisələrində elmin təhsilə inteqrasiyası istiqamətində keçirilən tədbirlər çərçivəsində institutun Şəxsi arxivlərin tədqiqi şöbəsinin müdiri fil.e.d., dosent Nailə Səmədovanın “İnstitutumuzun fondunda mühafizə olunan şəxsi arxivlər” mövzusunda məruzəsi dinlənilib.

Alim məruzəsində Əlyazmalar İnstitutunun fondunda mühafizə olunan müasir yazıçı və şairlərin, o cümlədən incəsənət xadimlərinin şəxsi arxiv materiallarının konkret nümunələrindən söz açıb, Azərbaycan ədiblərinin ədəbi irsinin ədəbiyyat və ictimai fikir tariximizdə yeri və rolundan bəhs edib. Məruzə iştirakçılar tərəfindən maraqla qarşılanıb, məruzəçi ona ünvanlanan sualları cavablandırıb.

Qeyd edək ki, daha öncə doktorant və dissertantların müvafiq fənlər üzrə ixtisas səviyyələrinin artırılması və gücləndirilməsi məqsədilə fəl.ü.e.d. dosent Zəkiyyə Əbilovanın “Avtoqraf nüsxə”, fil.ü.f.d. dosent Aybəniz Rəhimovanın “Türkdilli yazılı dastan abidələri”, fil.ü.f.d. dosent Aynur Nəcəfovanın “Ərəb Xilafəti dövründə İslam incəsənətinin tarixi. Xətt növləri”, tar.ü.e.d. dosent Tahirə Həsənzadənin “Əlyazma xəzinəmiz - milli sərvətimizdir” və Əlyazmaların gigiyenası və bərpası laboratoriyasının müdiri Zaur Orucovun “Əlyazmaların bərpası işinin təşkili” mövzularında məruzələri dinlənilib. İnstitutun Təhsil şöbəsi tərəfindən təşkil olunmuş bu kimi tədbirlərin may ayına qədər davam etdirilməsi nəzərdə tutulub.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: