Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MÜHÜM HADİSƏLƏR

Nobel mükafatı laureatı Əziz Sancar AMEA-ya səfər edəcək
16.05.2024 10:50
  • A-
  • A
  • A+

Nobel mükafatı laureatı Əziz Sancar AMEA-ya səfər edəcək

AMEA Rəyasət Heyətinin növbəti iclasında AMEA-nın fəxri üzvü, Nobel mükafatı laureatı Əziz Sancarın Azərbaycan Milli Elmlər Akademiyasına səfəri haqqında məsələ də müzakirə olunub.

AMEA-nın prezidenti akademik İsa Həbibbəyli bildirib ki, 29 noyabr 2023-cü il tarixində keçirilən AMEA-nın Ümumi Yığıncağında Nobel mükafatı laureatı Əziz Sancar AMEA-nın fəxri üzvü seçilib.

AMEA-nın Fəxri üzvü diplomunun və vəsiqəsinin təqdim olunması və onun Azərbaycan Respublikasının elmi ictimaiyyəti ilə geniş müzakirələrini təşkil etmək məqsədi ilə akademik İsa Həbibbəyli tərəfindən Əziz Sancara Azərbaycan Milli Elmlər Akademiyasına səfərlə bağlı müraciət ünvanlanıb və müraciət Nobel mükafatı laureatı tərəfindən məmnuniyyətlə qəbul edilib.

İclasda AMEA-nın fəxri üzvü, Nobel mükafatı laureatı Əziz Sancarın 30 may - 6 iyun tarixlərində Azərbaycan Milli Elmlər Akademiyasına səfərinin yüksək səviyyədə təşkil edilməsi məqsədilə Rəyasət Heyəti tərəfindən qərar qəbul olunub.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: