Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MÜHÜM HADİSƏLƏR

22.05.2024 11:58
  • A-
  • A
  • A+

Məktəblilər Kataliz və Qeyri-Üzvi Kimya İnstitutunda olublar

Məktəblilər Kataliz və Qeyri-Üzvi Kimya İnstitutunda olublar

Mehdi Hüseynzadə adına 19 saylı tam orta məktəbdə təcrübə keçən Azərbaycan Dövlət Pedoqoji Universitetinin Kimya-biologiya fakültəsinin bir qrup tələbəsi həmin məktəbin şagirdlərini Elm və Təhsil Nazirliyinin Kataliz və Qeyri-üzvi Kimya İnstitutuna ekskursiyaya gətiriblər.

Tədbir çərçivəsində şagirdlərin Analitik kimya, Funksional qeyri-üzvi maddələrin termodinamikası, Əlvan metal tərkibli mineral xammalın emalı, Keçid elementlərinin xalkogenidləri və s. laboratoriyalarına ekskursiyaları təşkil olunub və onlar üçün Analitik kimya laboratoriyasında bir sıra maraqlı elmi-əyləncəli təcrübələr əyani olaraq göstərilib. Eyni zamanda şagirdlərə institutun yaranma tarixi, burada çalışmış görkəmli Azərbaycan kimyaçıları, onların həyat və elmi fəaliyyətləri haqqında ətraflı məlumat verilib. Müəllim və şagirdlər bu tədbirin onlarda böyük təəssürat yaratdığını, nəzəri öyrəndikləri biliyin bilavasitə təcrübədə əyani gördüklərinin çox xoş olduğunu vurğulayıblar.

Qeyd edək ki, bu cür maarifləndirici tədbirlərin keçirilməsi həm elmin təbliği, həm də şagirdlərdə elmi-tədqiqat işlərinə marağın artırılması və yaradıcılıq fəaliyyətlərinin üzə çıxarılaraq inkişaf etdirilməsi baxımından xüsusi əhəmiyyət kəsb edir. Digər tərəfdən bu kimi tədbirlər elm və təhsilin inteqrasiyası istiqamətində görülən işlərə mühüm töhfədir.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: