Alman yazıçısı Cenni Erpenbek ingilis dilində yazılmış “Kairos” romanına görə 2024-cü ilin nüfuzlu Beynəlxalq Buker mükafatına layiq görülüb.
Əsərin ingilis dilinə tərcüməçisi alman şairi Maykl Hofmanndır.
Londonda keçirilən mükafatlandırma mərasimində Ədəbiyyat üzrə Beynəlxalq Buker mükafatı qalibə təqdim olunub.
Qeyd edək ki, 2004-cü ildə təsis olunan Beynəlxalq Buker mükafatı ingilis dilinə tərcümə olunmuş və Böyük Britaniyada çap edilmiş əsərlərə verilir. Mükafatın məbləği 50 min funt-sterlinqdir.
Qaydalara uyğun olaraq Cenni Erpenbek pul mükafatını kitabın ingilis dilinə tərcüməçisi Mixael Hofman ilə bölüşməlidir.
Xatırladaq ki, bundan əvvəl irlandiyalı yazıçı Pol Linç “Peyğəmbərin nəğməsi” romanına görə 2023-cü il ədəbiyyat üzrə Buker mükafatını qazanmışdı.