Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MÜHÜM HADİSƏLƏR

05.06.2024 16:23
  • A-
  • A
  • A+

Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunda “Nanohissəciklərin biotibbdə istifadəsi” mövzusunda elmi seminar keçirilib

Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunda “Nanohissəciklərin biotibbdə istifadəsi” mövzusunda elmi seminar keçirilib

Türkiyənin Mardin Artuklu Universitetinin professoru Cumalı Keskin AR ETN Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunun (MBBİ) qonağı olub.

Alim MBBİ-nin laboratoriyaları ilə tanış olub, aparılan elmi tədqiqat işləri haqqında ətraflı məlumat alıb.

Daha sonra prof. Dr. Cumalı Keskinin iştirakı ilə “Nanohissəciklərin biotibbdə istifadəsi” mövzusunda elmi seminar keçirilib.

Seminarda, həmçinin Bakı Dövlət Universitetinin əməkdaşları - fizika-riyaziyyat elmləri doktoru, professor Rövşən Xəlilov, Biologiya fakültəsinin dekan müavini b.ü.f.d. Səbinə Ömərova və b.ü.f.d. Aygün Nəsirova iştirak ediblər. Türkiyəli alim nanohissəciklərin tədqiqi sahəsində aparılan işlərdən danışıb. Prof. Dr. Cumalı Keskin qeyd edib ki, hazırda çox sayda müxtəlif ölçüdə nanohissəciklərin alınma üsulları işlənilib və çoxsaylı tətbiq sahələri mövcuddur. Nanohissəciklərin biotibbdə, xərçəng xəstəliyinin müalicəsində, toxumaların bərpasında istifadə olunması yolları sahəsində intensiv elmi tədqiqatlar aparılır. Prof. Dr. Cumalı Keskinin çıxışı böyük maraqla qarşılanıb.

Çıxış ətrafında müzakirələr aparılıb və verilən suallar cavablandırılıb.

Seminarın sonunda AMEA-nın vitse-prezidenti, MBBİ-nin baş direktoru akademik İradə Hüseynova qonağa maraqlı çıxışı üçün təşəkkür edib və bu sahədə institutlar arasında gələcək əməkdaşlığın əhəmiyyətini vurğulayıb.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: