Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  GÖRÜŞLƏR

07.06.2024 16:36
  • A-
  • A
  • A+

Latviyalı qonaqlar Milli Azərbaycan Ədəbiyyatı Muzeyini ziyarət ediblər

Latviyalı qonaqlar Milli Azərbaycan Ədəbiyyatı Muzeyini ziyarət ediblər

Latviya Parlamentinin sədri Daiga Mierinanın başçılıq etdiyi nümayəndə heyəti ölkəmizə səfəri çərçivəsində Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyində olub.

Nümayəndə heyətinə Latviyanın Xatirə Muzeyləri Birliyinin direktoru Rita Meinerte və Yanis Akuraters Muzeyinin direktoru Maira Valtere daxildirlər.

Qonaqlar əvvəlcə Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin direktoru akademik Rafael Hüseynovla görüşüblər. Görüş zamanı əməkdaşlıq perspektivlərinə dair müzakirələr aparılıb.

Akademik Rafael Hüseynov latviyalı qonaqlara ingilis dilində nəşr edilmiş “Poets of Shirvan” (“Şirvan şairləri”), rus dilində çap edilmiş “Вознесение слова” (“Sözün meracı”) və “Госпожа луна” (“Ay xanım - Məhsəti Gəncəvi”) kitablarını təqdim edib.

Qonaqları muzeyin ekspozisiyası ilə Beynəlxalq əlaqələr və dünya muzeyləri şöbəsinin müdiri kulturologiya üzrə fəlsəfə doktoru Nailə Əliyeva tanış edib.

Sonda Nizami muzeyinin ekspozisiyasından mənəvi zövq alan latviyalı həmkarlar düşüncələrini doğma dillərində muzeyin “Rəy kitabı”na qeyd ediblər. Ekspozisiyasının bədii tərtibatını yüksək qiymətləndirən nümayəndə heyəti muzeydən məmnuniyyət hissi ilə ayrılıb.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: