Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  KONFRANSLAR, İCLASLAR

21.06.2024 11:50
  • A-
  • A
  • A+

Rəsədxanada zərərli vərdişlərlə mübarizəyə həsr olunmuş maarifləndirici tədbir keçirilib

Rəsədxanada zərərli vərdişlərlə mübarizəyə həsr olunmuş maarifləndirici tədbir keçirilib

Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Nəsirəddin Tusi adına Şamaxı Astrofizika Rəsədxanasında (ŞAR) Həmkarlar İttifaqı Təşkilatının təşəbbüsü ilə  “Zərərli vərdişlər və onlarla mübarizədə maarifləndirici təbliğatın rolu” adlı tədbir keçirilib.

Təşəbbüsün məqsədi zərərli vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı ictimai mübarizənin gücləndirilməsi, antinarkotik təbliğatı, ictimai maarifləndirmə işinin əhatəsinin genişləndirilməsi, narkotiklərin qanunsuz dövriyyəsinin və narkomanlığın yayılmasının maarifləndirmə yolu ilə qarşısının alınmasıdır.

Tədbiri giriş sözü ilə açan ŞAR HİT-nın sədri Aynurə Həsənova iştirakçıları salamlayaraq ictimai məsuliyyətin formalaşdırılması istiqamətində bu kimi tədbirlərin əhəmiyyətini vurğulayıb. Bildirib ki, zərərli vərdişlərdən istifadənin genişlənməsi bəşəriyyətin varlığını və inkişafını təhdid edən ən təhlükəli qlobal problemlərdən biridir. Lakin bu təhlükə artdıqca onunla mübarizə zərurəti daha da aktuallaşır. Aynurə Həsənova qeyd edib ki, ölkəmizdə aidiyyatı üzrə zəruri olan normativ-hüquqi baza, müvafiq təşkilati strukturlar yaradılmış, milli proqramlar hazırlanaraq bu gün də həyata keçirilməkdədir.

Donra ŞAR HİT-nın üzvü Əmrah Həsənov və rəsədxananın elmi kitabxanasının müdiri Lalə Səlimzadə müvafiq olaraq “Zərərli vərdişlərin insan sağlamlığına və cəmiyyətə təsiri” və “Zərərli vərdişlərlə effektiv mübarizə” mövzularında məruzə ilə çıxış edib.

Tədbirin sonunda zərərli vərdişlərlə mübarizəyə həsr olunmuş “Sağlam həyat naminə sağlam yaşam” adlı videoçarx nümayiş etdirilib.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: