Çin mədəniyyət və turizm nazirinin müavini, Milli Mədəni İrs Administrasiyasının rəhbəri Li Çun Milli Azərbaycan Tarixi Muzeyini ziyarət edib.
Muzeyin ekspozisiyası ilə tanışlıq zamanı qonağa Azərbaycanın qədim tarixi və mədəniyyəti haqqında məlumat verilib. Ekskursiyadan sonra keçirilən görüşdə Milli Azərbaycan Tarixi Muzeyinin elmi işlər üzrə direktor müavini, tarix elmləri doktoru Fərhad Cabbarov muzeyin fəaliyyəti, nailiyyətləri, Çin muzeyləri ilə əlaqələri haqqında bəhs edib. Öz növbəsində Li Çun Milli Azərbaycan Tarixi Muzeyinin Çin Milli Muzeyi və digər muzeylərlə əməkdaşlığının dərinləşdirilməsinin, birgə layihələrin həyata keçirilməsinin vacibliyini vurğulayıb.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.