Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  NƏŞRLƏR

“Əməkdar elm xadimi Yusif Seyidov və Azərbaycan dilçiliyi məsələləri” adlı məqalələr toplusu nəşr edilib
13.09.2024 14:27
  • A-
  • A
  • A+

“Əməkdar elm xadimi Yusif Seyidov və Azərbaycan dilçiliyi məsələləri” adlı məqalələr toplusu nəşr edilib

AMEA-nın Nəsimi adına Dilçilik İnstitutunun təşəbbüsü ilə “Əməkdar elm xadimi Yusif Seyidov və Azərbaycan dilçiliyi məsələləri” adlı məqalələr toplusu çap olunub.

Məcmuənin elmi məsləhətçisi AMEA-nın prezidenti, akademik İsa Həbibbəyli, elmi redaktoru professor Nadir Məmmədli və məsul redaktoru dosent Qətibə Quliyevadır.

Kitabdakı məqalələrdə Azərbaycan Respublikasının Əməkdar elm xadimi, görkəmli dilçi alim, professor Yusif Seyidovun mənalı ömür yolundan, çoxcəhətli elmi-pedqoji fəaliyyətindən və dilçilik sahəsindəki xidmətlərindən bəhs olunur.

Məcmuədə akademik İsa Həbibbəylinin “Görkəmli dilçi alim və böyük pedaqoq”, akademik Möhsün Nağısoylunun “Professor Yusif Seyidov: Görkəmli dilçi alim və səmimi insan”, professor İsmayıl Kazımov “Yusif Seyidov-ürəyimin sədaları və təbii haqqı”, dosent Qətibə Vaiqfqızı nın “Dilə həsr edilmiş ömür-professor Yusif Seyidov”, dosent Baba Məhərrəmlinin “Yusif Seyidovun dilçilik görüşləri və ədəbi-tənqidi araşdırmaları”, filologiya elmləri doktoru  Aynel Məşədiyevanın “Alim, pedaqoq, örnək ziyalı”, dosent Elnarə Əliyevanın “Yusif Seyidovun əsərlərində predikativlik kateqoriyası”  və sair məqalələr öz əksini tapıb.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: