AMEA-nın Şəki Regional Elmi Mərkəzinin (REM) Elmi şurasının növbəti iclası keçirilib.
İclası açan Şəki REM-in direktoru fiz.ü.f.d., dos.Yusif Şükürlü iştirakçıları gündəlikdəki məsələ ilə tanış edib, gündəlik səsə qoyularaq qəbul edilib.
Tədbirdə AMEA Rəyasət Heyətinin 21 oktyabr 2024-cü il qərarının icrası ilə bağlı Şəki REM-in 8 elmi-tədqiqat şöbəsinin rəhbərlərinin illik iş planları üzrə hesabatları dinlənilib.
Belə ki, Landşaftşünaslıq şöbəsinin rəhbəri, geol.-min.ü.f.d. Hüseyn Mustafabəyli, Tarix, arxeologiya və epiqrafika şöbəsinin rəhbəri, t.ü.f.d. Rahim Həsənov, Ekoloji coğrafiya şöbəsinin rəhbəri coğ.ü.f.d. Qafqaz Ağabalayev, Bitkilərin biokimyası şöbəsinin rəhbəri, bio.ü.f.d., dos. Zərbalı Xəlilov, Ekoloji biofizika şöbəsinin rəhbəri Yevgeniya Bəkirova, Ədəbi-mədəni mühit, folklor və etnoqrafiya şöbəsinin rəhbəri Təranə Abdullayeva, Tut ipəkqurdunun seleksiyası şöbəsinin rəhbəri Qüdürət Bəkirov, Bitkilərin biomüxtəlifliyi və Genofondu şöbəsinin baş aqronomu İlqar Seyidov şöbələrin 2024-cü ildəki fəaliyyətlərinə dair hesabatlarını təqdim ediblər.
Hesabatlar qənaətbəxş hesab edilib.
İclasda, həmçinin Şəki REM-in Landşaftşünaslıq şöbəsinin rəhbəri, geol.-min.ü.f.d. Hüseyn Mustafabəyli elm sahəsində uzunmüddətli səmərəli fəaliyyəti və anadan olmasının 70 illik yubileyi münasibətilə mərkəzin Fəxri fərmanı ilə təltif edilib.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.