Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MARAQLI MƏLUMAT

Beyinlə idarə olunan yeni protez hazırlanıb
17.02.2016 10:05
  • A-
  • A
  • A+

Beyinlə idarə olunan yeni protez hazırlanıb

ABŞ-ın Cons Hopkins Universitenin alimləri tərəfindən beyinlə idarə olunan protez hazırlanıb. Yeni cihaz tədqiqatçılar tərəfindən uğurla sınaqdan keçirilib.

Əvvəlki prototiplərindən fərqli olaraq, təkmilləşdirilmiş yeni cihaz barmaqların hərəkətini ayrı-ayrılıqda tənzimləyə bilir.

Bu texnologiyanı yaratmaq üçün alimlər öncə insan beyninin incəliklərini diqqətlə öyrənmiş, barmaqların həkətini təmin edən hissələri müəyyən etmişlər. Daha sonra onlar protezi beynin siqnallarının izlənilməsinə və nəticədə barmaq hərəkətlərinin tənzimlənməsinə uyğun proqramlaşdırmışlar.

Eksperimentlər zamanı tədqiqatçılar xüsusi proqram vasitəsilə könüllü bir şəxsin beyninə 128 elektrod ötürücü qoşaraq hər barmağın hərəkəti zamanı beynin aktivləşən hissələrini qeydə almışlar.

Alimlərin sözlərinə görə, bu metod əvvəlkilərdən daha effektivdir. Hazırda tədqiqatçılar bu cihazın daha ucuz prototiplərini hazırlamaq niyyətindədirlər. 

www.vistanews.ru

  • Paylaş: