Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MÜHÜM HADİSƏLƏR

21.04.2025 12:38
  • A-
  • A
  • A+

Zoologiya İnstitutunun əməkdaşı Qazaxıstanda keçirilən tədbirdə iştirak edib

Zoologiya İnstitutunun əməkdaşı Qazaxıstanda keçirilən tədbirdə iştirak edib

Elm və Təhsil Nazirliyinin Zoologiya İnstitutunun Parazitologiya laboratoriyasının aparıcı elmi işçisi, b.ü.f.d., dosent Fuad Rzayev Qazaxıstanın Marat Ospanov adına Qərbi Qazaxıstan Tibb Universitetində “Vizitinq Professor” proqramı çərçivəsində mühazirələr oxuyub.

Səfər müddətində Elm Həftəsində (Science Week) “Bioloji obyektlərin ultrastruktur tədqiqinin müasir üsulları” mövzusunda tədqiqatçı tərəfindən master klass keçirilib. Histologiya, Mikrobiologiya və Anatomiya kafedralarının gənc alim və mütəxəssisləri üçün isə “Stress şəraitində hüceyrələrdə baş verən dəyişikliklərin ultrastruktur xüsusiyyətləri” mövzusunda mühazirə oxunub. Əlavə olaraq, elmi məsləhətçisi olduğu və fəlsəfə doktoru proqramı üzrə (PhD) təhsil alan doktorantı ilə (Jurqenova Altınay) elmi müzakirələr aparılmış və məsləhətlər verilib. Alimimiz Qərbi Qazaxstan Tibb Universitetinin kafedralarının tədqiqatçıları ilə birgə elmi işlərin yerinə yetirilməsi, əldə olunan nəticələrin Web of Science və Scopus bazalarında indekslənən nüfuzlu jurnallarda nəşr olunması və beynəlxalq layihələrin hazırlanması istiqamətində danışıqlar aparılıb.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: