Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MÜHÜM HADİSƏLƏR

30.04.2025 11:18
  • A-
  • A
  • A+

Kataliz və Qeyri-üzvi Kimya İnstitutunun əməkdaşları beynəlxalq konfransda iştirak ediblər

Kataliz və Qeyri-üzvi Kimya İnstitutunun əməkdaşları beynəlxalq konfransda iştirak ediblər

Elm və Təhsil Nazirliyinin akademik M.Nağıyev adına Kataliz və Qeyri-üzvi Kimya İnstitutunun 9 saylı “Nanostrukturlaşdırılmış metal-polimer katalizatorları” laboratoriyasının əməkdaşları Məmmədova Samirə, Cəbiyeva Sara, Şixverdiyeva Nigar, Rəhimli Nərgiz, Quliyeva Cəmilə, Həsənova Könül, Seyidova Çiçək və Aslanova Həcər Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin 105 illiyinə həsr olunmuş “MacroFrontiers 2025: 3rd International Conference on Macromolecular Compounds” adlı III Beynəlxalq elmi-texniki konfransda iştirak ediblər.

İnstitut əməkdaşlarının təqdimatları tədbir iştirakçıları tərəfindən maraqla qarşılanıb.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: