ABŞ-ın San-Fransisko şəhərində keçirilən Dünya Transplant Konqresində Azərbaycan Respublikası Böyrək Transplantasiyası sahəsində Mütəxəssislər Assosiasiyasının sədri ETN A.Qarayev adına Fiziologiya İnstitutunun İmmunofiziologiya və eksperimental transplantologiya laboratoriyasının müdiri tibb elmləri doktoru Rəşad Şolan iştirak edib.
R.Şolan konqresdə böyrək transplantasiyası üzrə Azərbaycan təcrübələrinə dair məruzə ilə çıxış edib. Məruzə professor Obi Ekvenna da daxil olmaqla iştirakçılar tərəfindən böyük maraqla qarşılanıb. Bu uğurlu təqdimat yaxın zamanda “American Journal of Transplantation” nəşrinin xüsusi buraxılışında dərc olunacaq.
Tədbir çərçivəsində R.Şolan və konqresin prezidenti professor Emily Blumberq arasında Böyrək Transplantasiyası sahəsində Mütəxəssislər Assosiasiyasının beynəlxalq əlaqələrinin genişləndirilməsi istiqamətində danışıqlar aparılıb.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.