Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  KONFRANSLAR, İCLASLAR

12.04.2016 16:07
  • A-
  • A
  • A+

İctimai Elmlər Bölməsinin iclasında bir sıra mühüm məsələlər müzakirə olundu

İctimai Elmlər Bölməsinin iclasında bir sıra mühüm məsələlər müzakirə olundu

Aprelin 12-də AMEA Rəyasət Heyətində İctimai Elmlər Bölməsinin (İEB) növbəti büro iclası keçirildi.

Bölmənin büro üzvlərinin iştirak etdikləri tədbirdə İEB-in akademik-katibi vəzifəsini icra edən, AMEA-nın müxbir üzvü Nərgiz Axundova gündəlikdəki məsələlər barədə məlumat verdi.

Sonra Tarix İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü Yaqub Mahmudovun “AMEA-da islahatlar və müasir mərhələdə Azərbaycan tarixinin aktual problemləri” mövzusunda məruzəsi dinlənildi. Məruzədə son illər Tarix İnstitutunda görülən işlər, aparılan islahatlar sistemli şəkildə təqdim edildi.

Y.Mahmudov bildirdi ki, Tarix İnstitutunun elmi tədqiqat fəaliyyəti ölkə rəhbərliyinin daim diqqət mər­kə­zin­də olmuşdur. İnstitutda aparılan mühüm elmi tədqiqat işləri birbaşa ölkə başçısının ça­ğı­rış və tapşırıqları əsasında həyata keçirilmiş, qısa müddət ərzində Qarabağ, Naxçıvan və İrəvanın tarixi ilə bağlı silsilə tədqiqat əsərləri yazılmışdır.

Qeyd olundu ki, institutda aparılan elmi tədqiqatların mühüm istiqamətlərindən biri də xalqımıza qarşı ermənilərin həyata keçirdiyi soyqırımlar tarixinin tədqiqi olmuşdur. Ermənilərin Azər­bay­can xalqına qarşı törətdiyi soyqırımı tarixinin ilkin qaynaqlar əsasında araşdırılması və dünya ictimaiyyətinə çatdırılması məqsədilə institut “26 Bakı komissarları” adlı cinayətkar qru­pun 1918-ci ildə Azərbaycan xalqına qarşı həyata keçirdiyi kütləvi soyqırımının gerçək tərəf­lə­ri­ni üzə çıxarmışdır. Bu araşdırmaların ilkin nəticəsi öz əksini “Azərbaycan xalqına qarşı 1918-ci il mart soyqırımı” adlı kitabda tapmışdır.

“İnstitutda həyata keçirilən ciddi araşdırmalardan biri də Azərbaycan tarixi ilə bağlı əl­çatmaz mənbələrin, xüsusilə xarici ölkələrin arxivlərində saxlanılan sənədlərin ölkəmizə gə­ti­ril­məsi, tədqiqata cəlb edilməsi və nəşri olmuşdur” – deyə bildirən Y.Mahmudov bu məqsədlə “Azərbaycan tarixi ilk mənbələrdə” layihəsi çərçivəsində bir qrup tarixçi-alimin Rusiya, Gürcüstan, Türkiyə, İngiltərə, Almaniya, Fransa və Hindistana ezam edilərək həmin materialları ölkəmizə gətirdiklərini söylədi.

Y.Mahmudov bildirdi ki, Tarix İnstitutunun elmi tədqiqat planında çox mühüm siyasi və elmi əhəmiyyət kəsb edən bir məsələyə – Azərbaycanın tarixi torpaqlarının tarixinin tədqiqi məsələsinə xüsusi diq­qət yetirilmişdir. Azərbaycanın Naxçıvan, İrəvan, Göyçə, Zəngəzur böl­gələri, Borçalı mahalı, Tiflis əmirliyi, Car-Balakən camaatlığı, İlisu sultanlığı, Dərbənd, Sa­mur vadisinin və ən nəhayət Qa­rabağın tarixi ilə bağlı hərtərəfli və dərindən elmi tədqiqatlara baş­lanılmışdır. Müasir Azər­bay­can tarixşünaslığında “İtirilmiş torpaqların tədqiqi” problemi elmi döv­riy­yə­yə daxil edilmiş, bu isti­qa­mə­t­də ciddi elmi tədqiqatlar aparılmaqla obyektiv tarixi gerçəkliyi özün­də əks etdirən bir sıra san­ballı əsərlər nəşr olunmuş və itirilmiş tarixi torpaqlarımızın tarixini təd­qiq edən elmi məktəb for­malaşmışdır.

Məruzə ətrafında akademiklər Nailə Vəlixanlı, Teymur Bünyadov, AMEA-nın müxbir üzvləri Şahbaz Muradov, İlyas Babayev, professor Nazim İmanov və başqaları çıxış etdilər, təklif və tövsiyələrini səsləndirdilər.

Daha sonra İqtisadiyyat İnstitutunun elmi katibi, i.ü.f.d. Rəsmiyyə Abdullayeva “İqtisad üzrə fəlsəfə doktoru Cəlil Quliyevin elmi fəaliyyəti haqqında” mövzusunda məruzə ilə çıxış etdi.

Tədbirdə i.ü.f.d. Cəlil Quliyev 80 illik yubileyi ilə əlaqədar məhsuldar elmi fəaliyyəti və Azərbaycan iqtisad elminin inkişafındakı xidmətlərinə görə bölmənin Fəxri Fərmanı ilə təltif edildi.

İclasda İEB-in fəlsəfə doktoru və elmlər doktoru proqramı hazırlığı üzrə doktorant və dissertantlarının 2016-cı il qəbul planının təsdiq edilməsi, Tarix İnstitutunun strukturunda dəyişiklik edilməsi, akademik Əbdülkərim Əlizadənin 110 illik, AMEA-nın müxbir üzvü Oqtay Əfəndiyevin 90 illik yubileylərinin keçirilməsi məsələləri müzakirə olundu.

Sonda bir sıra kadr məsələlərinə da baxıldı.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: