Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MÜHÜM HADİSƏLƏR

26.04.2016 09:08
  • A-
  • A
  • A+

Pirqulu Stasionarında meteoroloji stansiya yenidən bərpa olunub

Pirqulu Stasionarında meteoroloji stansiya yenidən bərpa olunub

AMEA Coğrafiya İnstitutunun direktoru, akademik Ramiz Məmmədovun başçılığı ilə bu elmi müəssisənin bir qrup əməkdaşı Şamaxı rayonunda ezamiyyətdə olub, Pirqulu Stasionarında əvvəllər fəaliyyət göstərmiş meteoroloji stansiyanın fəaliyyətini yenidən bərpa ediblər.

Stansiyada havanın temperaturu, nisbi və mütləq rütubəti, düz, səpələnən və əks olunan günəş radiasiyası, yer səthinin radiasiya balansı üzərində müşahidələr aparılacaq. Bundan başqa, torpaq səthinin təcili, maksimal və minimal temperaturları, torpağın müxtəlif dərinliklərində temperaturu, küləyin istiqaməti və sürəti ölçüləcək. Təlimata uyğun olaraq, hər üç saatdan bir, sutkada səkkiz dəfə olmaqla, meteoroloji müşahidələr aparılacaq.

Meteoroloji stansiya dəniz səviyyəsindən təqribən 1.400 metr yüksəklikdə yerləşir. Gələcəkdə burada avtomatlaşdırılmış meteoroloji stansiyanın qurulması nəzərdə tutulur. Burada meteoroloji müşahidələrin aparılması dağlıq ərazidə yerləşən meşə landşaftının mikroiqliminin öyrənilməsinə, ərazidə iqlim dəyişmələrinin izlənməsinə, landşaftda baş verə biləcək dəyişikliklərin qeydə alınmasına, biomüxtəlifliyin öyrənilməsinə böyük kömək göstərəcək.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

 

 

  • Paylaş: