Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MÜHÜM HADİSƏLƏR

18.09.2026 16:52
  • A-
  • A
  • A+

Şərqşünaslıq İnstitutunun əməkdaşı Buxarestdə ərəb və Azərbaycan dillərinin qarşılıqlı əlaqəsi barədə məruzə edib

Şərqşünaslıq İnstitutunun əməkdaşı Buxarestdə ərəb və Azərbaycan dillərinin qarşılıqlı əlaqəsi barədə məruzə edib

AMEA-nın akademik Ziya Bünyadov adına Şərqşünaslıq İnstitutunun Ərəb ölkələrinin tarixi və iqtisadiyyatı şöbəsinin böyük elmi işçisi, filologiya üzrə fəlsəfə doktoru Rəşad Həsənov Rumıniyada Buxarest Universitetinin Ərəb Araşdırmaları Mərkəzində keçirilən “Ərəb dilinin dünya dillərində mövcudluğu” mövzusunda beynəlxalq elmi konfransda iştirak edib.

Şərqşünas alim konfransda “Ərəb dilinin Azərbaycan dilinə təsiri: tarixi qarşılıqlı əlaqə və morfo-semantik uyğunlaşma” mövzusunda məruzə edib.

Məruzədə bildirilib ki, ərəb və Azərbaycan dilləri arasındakı çoxəsrlik əlaqə yalnız söz alış-verişi ilə məhdudlaşmayıb, Azərbaycan dilinin söz quruluşuna və məna sisteminə də təsir edib. Məruzəçi ərəb mənşəli sözlərin Azərbaycan dilində necə mənimsənildiyini və xüsusilə din, idarəçilik, təhsil və elm sahələrində onların zamanla hansı məna dəyişikliklərinə uğradığını konfrans iştirakçılarının diqqətinə çatdırıb.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: